"Keşlə" "Sabah"ı məğlub etdi
Bizi izləyin

İdman

"Keşlə" "Sabah"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ilk matçında "Keşlə" "Sabah"ı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.

Qalib komanda üç dəfə məcburi əvəzetməyə əl atıb. 28-ci dəqiqədə zədələnən Elçin Mustafayevi Rafael Məhərrəmli əvəzləyib. 42-ci dəqiqədə İlkin Qırtımov eyni səbəbdən yerini Kərim Diniyevə verib. 52-ci dəqiqədə isə hesabı açan Merab Giqauri sıradan çıxıb. Gürcüstanlı oyunçunun əvəzinə meydana Rəhman Hacıyev daxil olub.

İlk qələbəsini qazanan "Keşlə" 4 xalla 7-ci pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Səbail"in qonağı olacaq. İlk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm