İdman
Dünya çempionu 3-cü dəfə tələbə oldu
Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev yenidən universitetə qəbul olub.
Publika.az xəbər verir ki, 30 yaşlı güləşçi bu barədə İnstaqramda məlumat yayıb. O bildirib ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub:
“Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də bir millətin gələcəyidir.
İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Məlumat üçün bildirək ki, Rəsul Çunayev bundan öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetində ali təhsil alıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)