İdman
"Milan" heç-heçə etdi, "Real Madrid" qələbə qazandı
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha iki qarşılaşması keçirilib.
Publika.az xəbər verir ki, B qrupunda İtaliyanın "Milan" klubu evdə Portuqaliyanın "Portu" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb. Matçın 61-ci dəqiqəsində "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləliklə, Milan şəhərinin eyniadlı təmsilçisi qrup mərhələsində ilk xalını qazanıb. Qrupun digər oyununda İspaniyanın "Atletiko" (Madrid) komandası İngiltərədə "Liverpul"a qalib gələrsə, "Milan" pley-off şansını itirəcək.
Digər erkən başlayan görüş D qrupunda baş tutub. "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor Donetsk” klubunu 2:1 hesabı ilə məğlub edib. "Kral klubu"nun heyətində Kərim Benzema dubl edib. Donetsk təmsilçisində isə yeganə qolun müəllifi Fernando olub.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR













.jpg)





















