İdman
Konfrans Liqası: "Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olacaq. "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.
Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.
"Qarabağ"ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. "Bazel"in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.
Bu oyun "köhlən atlar" üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəxalq arenada 140-cı görüşünə çıxacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Kipr "Omoniya"sı Qazaxıstan "Kayrat"ını qəbul edəcək.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, VI tur
00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN)
Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)
Bazel, "Sent Yakop-Park" stadionu.
Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1
-
İdman18:24Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki…
-
İdman18:00Həftədə 500 min avro qazanır: Qızının sınıq telefonu gündəm oldu
-
Sağlamlıq17:55Parkinson xəstəliyinin qarşısını bu üsullarla almaq olar
-
Maraq dünyası17:50Yaşlı kişinin mənzilindən 250 it tapıldı - Video+Foto
-
Ekologiya17:15Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Hadisə15:51Masazırda öldürülən qadınlar yaxın qohum imiş - Təfərrüatlar(Yenilənib)
-
Hadisə15:21Bakının bu ərazisində sürüşmə baş verdi
-
Sosial14:10Qanuna da məhəl qoyulmur: Azərbaycanda hələ də qohum evlilikləri var
































