Sosial
Bu şəxslər iki pensiya ala biləcəklər: Siyahı açıqlandı
Rusiyada “bir nəfər - bir pensiya” prinsipi tətbiq olunsa da, bəzi kateqoriyalara aid vətəndaşlar üçün istisnalar mövcuddur.
Publika.az xəbər verir ki, bu barədə deputat Aleksey Qovırin “Lenta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hərbi travma nəticəsində əlil olan şəxslər eyni anda iki pensiya ala bilirlər. Belə ki, onlar güc strukturları vasitəsilə əlilliyə görə dövlət pensiyası ilə yanaşı, kifayət qədər iş stajı olduqda yaşa görə sığorta pensiyası da əldə edə bilirlər.
Eyni mexanizm müqavilə əsasında xidmət etmiş hərbçilərə, həlak olmuş hərbçilərin valideynlərinə, kosmonavtların ailələrinə, Böyük Vətən müharibəsi iştirakçılarına, radiasiya və texnogen qəzaların, o cümlədən Çernobıl hadisəsinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərə, DİN, FSİN, FSB əməkdaşları və müəyyən şərtlər daxilində dövlət qulluqçularına şamil olunur.
Qeyd edək ki, ikinci pensiyanın rəsmiləşdirilməsi üçün vətəndaşlar Sosial Müdafiə Fonduna müraciət etməli və müvafiq sənədlərlə hüquqlarını təsdiqlətməlidirlər. Bəzi hallarda isə qanun alternativ təqdim etdikdə vətəndaş iki ödənişdən birini seçə bilər.
Mütəxəssislər yaşa görə pensiya üçün müraciətin pensiya yaşına çatmadan təxminən bir ay əvvəl edilməsini tövsiyə edirlər.
Qeyd edək ki, pensiyaya çıxdıqdan sonra işləməyə davam etmək mümkündür - qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Müəllif: Adəm
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
-
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
-
Magazin202:12Bu da Ancelina Colinin qızı - FOTO
-
ABŞ01:41ABŞ Ay yarışında Çinə uduza bilər
-
Region00:45ABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər - VİDEO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Maliyyədə gizli imkanlar üzə çıxa bilər
-
Hadisə00:00Bakıda evdə güclü yanğın - Mənzil sahibinin meyiti tapıldı
-
Magazin128 Aprel 23:48Xalq artisti hər kəsi kövrəltdi - VİDEO





























.png)




