Cənubi Qafqaz
Ermənistan əhalini Azərbaycanla sərhədə köçürür - Bu ərazilər qaytarılacaq
Ermənistanda azşaylı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib.
Karagezyan bildirib ki, bununla bağlı dövlət proqramı icra edilir: “Proqramda iştirak etmək üçün kənddə tikinti icazəsi, layihə planı və smeta ilə birlikdə torpaq sahəsinə sahib olmaq lazımdır”.
Erməni rəsmi qeyd edib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində işləyirlər.
“Əsasən məktəblərdə boş yer sayının 50 faizdən çox olduğu kəndlərə üstünlük verilir. Bu yerlərin ən azı 20 faizi doldurulmalıdır. Əsas tələblərə əlavə olaraq, bir şərt də var: proqramda iştirak etmək istəyənlərin ən azı 10 yaşdan kiçik bir uşağı olmalıdır. Bununla yanaşı, İrəvanda daşınmaz əmlakı olmamalıdır. Bu, hökumət tərəfindən tikilən əmlakın bağ evinə çevrilməsi riskinə qarşıdır. Proqramda iştirak etmək istəyənlərə sərhəd kəndlərində yaşamaları üçün bütün dəstək veriləcək. Lakin bura Tavuş bölgəsinin 4 sərhəd kəndi daxil deyil: Bağanis, Berkaber, Voskaper və Kirants”, - o bildirib.
Bu kəndlərin istisna edilməsi Azərbaycanla sərhədin delimitasiyası prosesindən qaynaqlanır. Sərhədin müəyyənləşməsi prosesində Qazaxın anklav olan kəndlərinin qaytarılacağı gözlənilir.
Müəllif: Asif
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi















.jpg)


















.jpg)

