Hadisə
Masazırda öldürülən qadınlar yaxın qohum imiş - Təfərrüatlar(Yenilənib)
Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Publika.az-ın məlumatına görə, öldürülən Pərişan Süleymanova və Nuranə İsgəndərli xalaqızıdır.
Məlumata görə, Nuranə İsgəndərli Xırdalan şəhərində yaşayıb, 15-20 gün olar Masazır qəsəbəsinə köçübmüş. Qətli törədən şəxs isə Nuranə ilə qeyri-rəsmi münasibətdə yaşayıb.
Hadisədən əvvəl Nuranənin həmin şəxslə mübahisəsi olub, bundan sonra o, Xırdalan şəhərində yaşayan xalası qızı Pərişan Süleymanovanı köməyə çağırıb.
Bundan sonra Nuranə İsgəndərli həmin şəxs tərəfindən boğazı kəsilərək öldürülüb. Qatil daha sonra qohumunun köməyinə gələn Pərişan Süleymanovanı qətlə yetirib və hadisə yerindən qaçıb.
O, bir müddət əvvəl törətdiyi başqa bir əmələ görə həbsxana həyatı da yaşayıb.
Qətli törədən şəxsin narkotik aludəçisi olduğu da deyilir. Qonşuların sözlərinə görə, o, qətl törədilən evə həftədə iki-üç dəfə gəlib-gedirmiş.
13:50
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu








































