Bayramov “Nurgün motors”un sahibini qınadı: “15 minə görə məni 2 ay süründürdü”
Bizi izləyin

İdman

Bayramov “Nurgün motors”un sahibini qınadı: “15 minə görə məni 2 ay süründürdü”

“Rəvan” klubunun keçmiş qapıçısı Kamal Bayramovun komandada ciddi problemlərlə üzləşdiyi barədə xəbər vermişdik. http://publika.az/p/29214

Xatırladaq ki, Bayramov müsahibəsində “Rəvan”dakı qeyri-peşəkar idarəçilikdən, maliyyə problemlərindən, vergidən yayınmadan, ikili mühasibatlıqdan danışmışdı.

Kamal Bayramov növbəti dəfə "Rəvan" rəhbərliyindən şikayət edib. O, hələ də klubdan pulunu ala bilmədiyini deyib.

Publika.az xəbər verir ki, Kamal Bayramov sosial şəbəkədə "Rəvan"ın rəhbəri, “Nurgün motors”un sahibi Nuru Əliyevin bostanına daş atıb, klub rəhbərliyinin pulgirliyindən yazıb: ““Rəvan” FK rəhbərliyi 15 min manata görə məni düz 2 ay süründürdü. "Rəvan” rəhbərliyinə bircə kəlmə sözüm var: “Bir az futbolu idarə etməyi öyrənin, nə olar”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm