İdman
Stadionun ot örtüyünü korlayan işdən qovuldu – RƏSMİ
Dünənki oyunda – Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" matçında hər kəs ot örtüyündən şikayətlənib. Ortüyün pis vəziyyətdə olması hamını narahat edib.
Bu gün Tofiq Bəhramov adına respublika stadionunda bir əməkdaş işdən qovulub.
Publika.az-ın əldə etdiyi məlumata görə, stadionun
rəhbəri Akif İsmayılov ot örtüyü ilə əlaqədar mütəxəssis Borislav
Kolyevi işdən uzaqlaşdırıb. Səbəb isə stadionun ot örtüyünün pis
vəziyyətə düşməsidir.
Verilən məlumata görə, Kolyev ot örtüyünə hansısa dərmanlar töküb, bu da örtüyü korlayıb. Buna əsəbiləşən rəhbərlik onu işdən qovub.
Ot mütəxəssisinin bunu qəsdən, ya bilməyərəkdən etdiyi barədə məlumat yoxdur.
Məsələyə aydınlıq gətirmək üçün mərkəzi arenanın direktoru Akif İsmayılovla əlaqə saxladıq. Publika.az-a danışan direktor xəbərin doğru olduğunu bildirdi.
Akif İsmayılov stadionun ot örtüyünə görə yeni işçilərin cəlb olunması ilə bağlı sualımıza belə cavab verdi: “Mərkəzi arenanın ot örtüyü artıq İngiltərədən gələn mütəxəssislərin əlindədir. Həmin mütəxəssislər “Bakcell Arena” və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarına da qulluq edir. Dünənki oyunda (“Qarabağ” - “Tvente") gənclər və idman naziri Azad Rəhimov mənə həmin ingilis mütəxəssislərlə müqavilə bağlamağımızı tapşırdı. Bundan sonra nazirlik lazımi vəsaiti ayıracaq.
Deyim ki, AFFA-nın rəhbəri Rövnəq Abdullayev və nazir Azad Rəhimov da oyunu tribunadan izləyirdilər”.
Aygün İlqarqızı
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...