İdman
6 idmançı koronavirusa yoluxdu
Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlayıb.
Publika.az xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də Çinə 305 nəfər gəlib, onlardan 190-ı idmançı və rəsmi şəxslər, 115-i komanda nümayəndələridir. Hava limanında və Olimpiya kəndinin mehmanxanasında aparılan PCR testləri nəticəsində 10 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 6-sı idmançı və rəsmi şəxslər, 4-ü isə komanda nümayəndələridir.
Qeyd edək ki, Azərbaycan milli komandası “Pekin-2022”də 2 idmançı ilə təmsil olunur. Onlar fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi












.jpg)


.jpg)























