İdman
Daha iki cüdoçumuz Avropa Kubokunun qalibi oldu - YENİLƏNDİ
Azərbaycan daha bir cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun qalibi olub.
Publika.az">Publika.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən İmran Yusifov finalda xorvatiyalı Marsel Skaletsi məğlub edərək, qızıl medal qazanıb.
81 kq-da yarışan Hasil Cəfərov və 100 kq-da yer alan Adil Kərimli isə 3-cü yer uğrunda qarşılaşmalarda uduzaraq, medalsız qalıblar.
Beləliklə, Azərbaycan millisi Avropa Kubokunu 5 medalla başa vurub. İmran Yusifovla yanaşı, Zelim Tçkayev (81 kq), İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıblar.
xxx
16:52
Azərbaycan cüdoçusu Zelim Tçkayev Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda final görüşünə çıxıb.
Publika.az">Publika.az">Publika.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə idmançıl italiyalı Titsiano Falkone ilə qarşılaşıb.
Rəqibini məğlub edən Tçkayev qızıl medal qazanıb.
16:45
xxx
Azərbaycanın son 5 cüdoçusu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Publika.az xəbər verir ki, onlardan üçü yarımfinala yüksəlib.
81 kq-da yer alan Zelim Tçkayev ardıcıl olaraq, Koen Van Vinden (Niderland), Qay Koçav (İsrail), Qoran Kelava (Çexiya) və Lorentso Parodiyə (İtaliya) qalib gələrək finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Titsiaoni Falkon (İtaliya) olacaq.
100 kq-dan yuxarı çəkidəki İmran Yusifov 1/4 finalda Luka Violiçlə (Xorvatiya) üz-üzə gəlib. Azərbaycan təmsilçisi cərimə xalları ilə məğlub olsa da, qərara etiraz edərək döşəkdən çıxmayıb. Epizodlu yenidən izləyən hakimlər qarşılaşmanın davam etdirilməsinə qərar veriblər. Rəqibini ipponla yenən Yusifov adını yarımfinala yazdırıb. Finala gedən yolda Ceymi Uilyamsı (Böyük Britaniya) mübarizədən kənarlaşdıran idmançı qızıl medal uğrunda qarşılaşmada Marsel Skaletslə (Xorvatiya) üz-üzə gələcək.
90 kq-da çıxış edən Rüfət İsmayılov 1/8 finalda Citse Van Den Herevegen (Belçika) üzərində qələbə qazansa da, növbəti raundda Vlad Visana (Rumıniya) uduzub.
100 kq çəki dərəcəsində yer alan Adil Kərimli 1/4 finalda Georgi Udsilauridən (Almaniya) güclü olsa da, Matey Silvestrə (Çexiya) qarşı yarımfinal görüşündə çiynindən zədə alaraq, qarşılaşmanı davam etdirə bilməyib. O, bürünc medal görüşündə Kilian Bultuislə (Niderland) qarşılaşacaq.
Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçularından İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər

















.webp)





















