İdman
Nazirə xəyanətdə ittiham olunan direktor: “Mən kiməm ki...”
Tofiq Bəhramov adın Respublika stadionunun təbii ot örtüyünün sıradan çıxması ilə bağlı məlumat vermişdik.
Hətta mətbuatda təbii qazonun məhv edilməsində stadionun direktoru Akif İsmayılov günahlandırılıb. Belə ki, sport7.az saytında dərc olunan yazıda A.İsmayılovun təbii ot örtüyünü qəsdən sıradan çıxartdığı iddia olunub. İddialara görə, direktor stadionun təbii ot örtüyünün süniləşdirilməsinə çalışır. Onun süni örtük mafiyası ilə əlaqədə olduğu da bildirilir.
Hətta direktorun gənclər və idman naziri Azad Rəhimova qarşı çıxdığı da bildirilir. Hələ stadiona təmir olunarkən Akif İsmayılovun təxribata yol verdiyi iddia olunur.
Məsələyə aydınlıq gətirmək üçün Respublika stadionunun prezidenti Akif İsmayılovla əlaqə saxladıq. Publika.az-a danışan İsmayılov deyilənləri təkzib etdi:
“Əslində, mən bu iddialara cavab vermək istəmirəm. Amma deyim ki, bunlar hamısı boş söhbətlərdir. Akif İsmayılov kimdir ki, ot örtüyünü məhv etdirsin, süni qazon saldırsın. Bu, birinci məsələ...
İkincisi də, Tofiq Bəhramov adına stadionun ot örtüyü heç vaxt süni ola bilməz. Bunu etmək istəsəydik, o dövrdə edərdik. Düşünürəm ki, belə boş-boş söhbətlərə fikir vermək lazım deyil”.
Aygün İlqarqızı
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq