İdman
Şahmat dünyası heyrətdə - Hamıya asanlıqla qalib gəlir
ABŞ-ın Sent-Luis şəhərində dünyanın ən güclü şahmatçılarının iştirakı ilə superturnir keçirilir.
Publika.az xəbər verir ki, ümumi priz fondu 315 min dollar olan turnirin qalibi 100 min, ikinci yerin sahibi 75 min, üçüncü yerin sahibi isə 50 min dollar mükafata layiq görüləcək. 27 avqustdan 7 sentyabra qədər davam edəcək yarış şahmat tarixindəki ən güclü turnir sayılır. Belə ki, turnirdə iştirak edən şahmatçıların ümumi reytinq balı 2800-ü keçir.
Artıq 7 tur geridə qalıb və bütün şahmat dünyası heyrət içərisindədir. Uşaqlığı ABŞ-da keçən, burada şahmatın sirlərini öyrənən, sonradan isə İtaliya bayrağı altında peşəkar şahmat oynamağa başlayan 22 yaşlı Fabiano Karuano 7 turdan sonra 7 xal toplamaqla turnirin zirvəsində qərarlaşıb.
Elit şahmat turnirlərində hələ indiyə qədər heç kəs belə fantastik göstəriciyə nail olmayıb. Son iki turda o, Veselin Topalov və Maksim Vaşye Lagrava asanlıqla qalib gəlib. 6 turdan sonra 6 xal topladığı zaman məşhur idman qəzeti "La Gazzetta dello Sport"un müxbiri ona belə bir sual vermişdi: "Sən həqiqətən insansan?"
Turnirin idman saytının müxbiri isə qəzetə idmançının əvəzindən cavab verib: "Əlbəttə ki, yox".
Hazırkı dünya çempionu Maqnus Karlsen isə 7 turdan sonra cəmi 4 xal toplamaqla ikinci pillədə qərarlaşıb. Artıq Karuana turnirin qalibi adını özünə təmin edib.
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi



































