İdman
Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli oldu
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.
Gənclər və İdman Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 9-da təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni sərbəst güləşçi Hacı Əliyev (65 kq) daşıyacaq. Üçrəngli bayrağı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.
Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qızıl və bürünc mükafatçısıdır.
Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.
Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO




































