İdman
"Neftçi"nin qapıçısının burnu sındı - YENİLƏNDİ
"Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.
Publika.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.
Rumıniyalı mütəxəssis bildirib ki, 33 yaşlı qolkperin durumuna müayinədən sonra aydınlıq gələcək: "Oyundan sonra onu gördüm. Burnu şişmişdi. İlkin təəssürat odur ki, sınıb. Çünki yaxşı görünmürdü".
Qeyd edək ki, Aqil Məmmədov 63-cü dəqiqədə komanda yoldaşı ilə toqquşmadan sonra zədələnərək, Əlirza Müştəbazadə ilə əvəzlənib.
xxx
"Neftçi" Futbol Klubunun qapıçısı Aqil Məmmədov zədələnib.
Publika.az xəbər verir ki, 33 yaşlı qolkiper Şamaxıda eyniadlı komandaya qarşı keçirilən Azərbaycan Premyer Liqasının I tur matçında sıradan çıxıb.
Komanda yoldaşı ilə toqquşmadan sonra burnundan xəsarət alan təcrübəli oyunçu 66-cı dəqiqədə Əlirza Müştəbazadə ilə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab açılmayıb.
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın







.jpg)






























