Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"

"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Asan qələbə olmadı. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı isə qucaqlayıram".

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm