İdman
Serbiya yığması bayraq paylaşdı - Qalmaqal yarandı
Serbiya yığmasının paltardəyişmə otağından paylaşdığı bayraq siyasi qalmaqala səbəb olub. Publika.az xəbər verir ki, serblərin paylaşdığı bayraqda Kosovo ərazisi də Serbiya ərazisi kimi göstərilib.
Publika.az xəbər verir ki, bu barədə Kosova Futbol Federasiyası bununla bağlı bəyanat yayıb:
“Dünyanın ən böyük futbol tədbirinin keçirildiyi yerlərdə belə şovinist hərəkətə yer yoxdur. Belə hərəkətə susmaq qəbuledilməzdir. Biz FİFA-dan öz qaydalarını ciddi şəkildə tətbiq etməyi və bu aqressiv hərəkətə görə Serbiya Futbol Federasiyasını cəzalandırmağı qətiyyətlə tələb edirik”.
Kosovanın idman naziri isə “tvitter”də belə yazıb:
“Kosovonun FİFA və UEFA-nın tamhüquqlu üzvü olduğunu nəzərə alaraq, Serbiyanın soyunub-geyinmə otağından Kosovoya qarşı nifrət, ksenofob və soyqırımı münasibəti nümayiş etdirən, dünya çempionatından bunun üçün istifadə edən bu bədnam görüntülərə cavab olaraq FİFA-dan konkret addım gözləyirik”.
Serbiya millisinin bayrağında ölkənin konturları və dövlət gerbindən əlavə, “Kapitulyasiya olmayacaq” yazısı da var. Kosovo Serbiya ərazisində yerləşən, qismən tanınan ölkədir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO

































.jpg)

.jpg)