İdman
“Qarabağ” Şahruddini onunla əvəz etdi
“Qarabağ” ağır zədə alan Şahruddin Məhəmmədəliyevin əvəzinə qapıçı tapıb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubunda çıxış edən Andrey Lunyovu mövsümün sonunacan icarəyə götürmək üçün məxsus olduğu kluba rəsmi təklif göndərib.
Rusiya yığmasında 7 oyun keçirmiş tanınmış qolkiper karyerasına Moskva “Torpedo”sunda başlayıb. Təcrübəli qapıçı Sankt-Peterburq “Zenit”indəki çıxışı ilə Rusiya hüdudlarından kənarda da məşhurlaşıb. O, 3 dəfə Rusiya çempionu olub, 1 dəfə bu ölkənin kubokunu qazanıb.
2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.
Mövsümün əvvəli Bundesliqada “Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən “Bayer 04”ün əsas heyətindəki yerini itirib.
Lunyovun leverkuzenlilərlə müqaviləsi bu mövsümün sonu bitir.
“Qarabağ” tanınmış qolkiperi anlaşması bitənəcən Almaniya klubundan icarəyə götürmək üçün “Bayer 04”ə rəsmi təklif göndərib. (Sports.az)
-
Avropa08:12Avropada poliqonunda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


