İdman
“Azərbaycanda pul var, futbol yoxdur”
"Neftçi"nin keçmiş futbolçusu Marian Aliuta Yunanıstan futbolu ilə Azərbaycan futbolunu müqayisə edib.
Publika.az xəbər verir ki, rumıniyalı hücumçu "İraklsi"dən pula görə ayrıldığını etiraf etməklə yanaşı, Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olduğunu da vurğulayıb:
"Etiraf edim ki, Yunanıstanda qalmaq istəyirdim. Ancaq orada maliyyə problemləri yaşanırdı. Verdikləri vədlərə əməl etmirdilər. Azərbaycanda isə tamamı ilə fərqli idi. Belə ki, pul olsa da, futbolun səviyyəsi çox aşağı idi.
Meydanları da bərbad gündə idi. Süni meydançada oynamaq ağır idi. Belimdə ağrılar hiss edirdim. Bunun fəsadlar hələ də qalır. Azərbaycandakı karyeramdan sonra normal futbol sərgiləyə bilmirəm".
Qeyd edək ki, Marian Aliuta 2008–2010-cu illərdə “Neftçi”də forma geyinib. O, “ağ-qaralar”ın heyətində 31 oyunda 5 dəfə fərqlənib.
Aygün İlqarqızı
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO