Neymar bu əkiz bacıları hədəf aldı - "Bəlkə ikinizlə də..." - FOTO/VİDEO
Bizi izləyin

İdman

Neymar bu əkiz bacıları hədəf aldı - "Bəlkə ikinizlə də..." - FOTO/VİDEO

09:16

Neymarın oyunu ilə yanaşı, şəxsi həyatı da ayrıca mövzudur. Braziliyalı futbolçu özü ilə bağlı heç nəyi inkar etmir. O, müntəzəm olaraq müzakirələrdən düşməyən həyat yaşayır. Özü də insanların ona paxıllıq edə biləcəyi səviyyədə.

Ancaq bir müddət idi ki, onunla bağlı yeni xəbərlər gəlmirdi. Neymarın Parisdəki qonşuları da gecələr rahat yata bilirdilər. Çünki futbolçunun evində səs-küylü əyləncələr sona çatmışdı. Buna səbəb keçmiş sevgilisi Bruna Biankardi ilə yenidən bir araya gəlmələridir. Braziliyalı model futbolçunun xəyanətini bağışlayaraq, münasibətlərini bərpa etmişdi. Bir müddət öncə bu barədə sizə geniş yazı təqdim etmişdik.

Ancaq “sambaçı” baş verənlərdən nəticə çıxarmayıb. Və yenidən xəyanət hekayəsinin baş rolunda yer alıb. Braziliya mediası iddia edir ki, onun budəfəki macərasının iştirakçıları əkiz bacılar - Key və Keyt Alveşlərdi. Peşəkar voleybolçu olan qızlar bu məlumatı təsdiqləyib və hər şeyin necə baş verdiyini danışıblar. Onların sözlərinə görə, Neymar hər ikisinə görüş təklifi ilə yazıb. Bu barədə Key açıqlama verib:

“Bacımla münasibət qurmazdan əvvəl onunla söhbət edirdi. Sonra o, kiminləsə görüşməyə başladı və mesajları dayandı. Sonra nə etdi? Mənə mesaj göndərdi. Elə bilirdi ki, bacımın əvvəllər onunla necə münasibətdə olduğundan xəbərsizəm”.

Qızlar Neymarın əməlinin üstünü açmaq qərarına gəldikdə, ulduz futbolçu səmimi cavab verib: "Kim bilir, bəlkə ikinizlə də razılaşaram".

Bunu kim istəməz ki?

Keyt Alveş

Qızlar Neymarın təklifini rədd ediblər. Çünki onlar da kifayət qədər diqqət mərkəzindədirlər. Keytin sosial şəbəkələrdə 1,8 milyon izləyicisi var. Keydə isə bu rəqəm daha çoxdur - 7,9 milyon. Sonuncu bacısından fərqli olaraq portallardan birində qeydiyyatdan keçib. Orada da böyük izləyici kütləsi var. Onlar ödəniş etməklə Keyin açıq şəkillərini əldə edirlər. Qeyri-idman fəaliyyətləri ilə qızlar voleyboldan da çox qazanırlar. Halbuki Key Braziliya millisinin üzvüdür.

Sosial şəbəkələrin adi abunəçiləri özünü Neymar kimi hiss edə bilər. Çünki PSJ-nin ulduz hücumçusu da internetdə gözəl qızların fotolarını bəyənir və onlara mesaj yazır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm