Araz Abdullayev canlı yayımda vurduğu gəncdən üzr istədi - Video
Bizi izləyin

İdman

Araz Abdullayev canlı yayımda vurduğu gəncdən üzr istədi - Video

Araz Abdullayev canlı yayımda vurduğu gəncdən üzr istədi - Video

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 31 yaşlı futbolçunun Kənan adlı gənci təhqir edərək, vurduğu əks olunub.

Hadisə Ağ Şəhər ərazisində baş verib. Abdullayevin vurduğu gəncin təkər qaraltmaqla məşğul olduğu bildirilib.

Görüntülər sosial şəbəkə istifadəçiləri arasında kəskin tənqid ounub. Bir müddət sonra futbolçu yenidən paylaşım edərək, insanların reaksiyasının doğru olduğunu bildirib və o, Kənandan üzr istəyib.

O, gəncə Azərbaycan millisində çıxış edərkən geyindiyi formanı hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm