MDB
İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
Ermənistanda bir neçə nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Qurumun yaydığı məlumata görə, Kanaker Su Elektrik Stansiyasının su anbarında iki yeniyetmənin cəsədi tapılıb.
Rəsmi məlumata görə, insidentlə bağlı qaynar xəttə səhər saat 5:49-da məlumat daxil olub. Əvvəlcə bildirilib ki, bir kişi Yerevandakı su anbarlarından birinə düşüb. Bundan sonra onun dostu kişini xilas etməyə çalışıb: "Xilasedicilər və dalğıclar hadisə yerinə gəliblər. Axtarış zamanı hər iki yeniyetmənin cəsədi tapılıb və sudan çıxarılıb". Kriminal xəbər saytı olan
"Shamshyan.com"un məlumatına görə isə Geqarkunik Regional Xilasetmə İdarəsinin dalğıcları da əməliyyata qoşulublar:
"Hadisə şahidlərindən biri insidentin baş verdiyi ərazidə özünü pis hiss edib və ona tibbi yardım göstərilib. Huşunu itirən həmin şəxs özünə gəldikdən sonra deyib ki, yeniyetmələrdən biri təsadüfən suya düşübmüş. Digər yeniyetmə isə onu xilas etməyə çalışıb. Lakin o da suda boğulub".
"Mamul" nəşri ölənlərin İran vətəndaşları olduğunu yazıb. Sayt yazıb ki, onlar 25-26 yaşlarında olublar: "Üç dost birlikdə su anbarının yaxınlığında dayanıblar. Onlardan biri su anbarına düşüb və dostu ona dərhal kömək etmək üçün suya tullanıb. Lakin o da suda bataraq ölüb".
Müəllif: Tural
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?



































