İdman
Ramil Şeydayev "Qarabağ"dan gedir? - QURBAN QURBANOV AÇIQLADI
"Qarabağ"ın hücumçusu Ramil Şeydayev komandadan ayrılıb.
Bu barədə Publika.az-a Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Qurbanov çempionluq kuboku təqdim olunandan sonra 27 yaşlı forvardı qucaqlaması haqda danışarkən onunla vidalaşdığını bildirib. 51 yaşlı mütəxəssisin sözlərinə görə, Ramil karyerasını ölkə xaricində davam etdirəcək:
"Bəli, daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi. Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandaya kimi biz onunla "Qarabağ"da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə o məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini böyük ehtimalla başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq".
Qeyd edək ki, Ramil Şeydayevin Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.
Heybət Məmmədov
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU





































