Hakimlər oyunları idarə etməkdən imtina etdilər: Təhdid olunurlar
Bizi izləyin

İdman

Hakimlər oyunları idarə etməkdən imtina etdilər: Təhdid olunurlar

Yunanıstan Super Liqası oyunlarının hakimləri və federasiya rəsmiləri təhlükəsizlik baxımından çempionat oyunlarına təyinat almaqdan imtina ediblər.

Publika.az xəbər verir ki, buna səbəb təhlükəsizliklə bağlı vəziyyətdir. Hakimlər bununla bağlı “Reuters”ə məktub ünvanlayıblar:

“Son illərdə yunan və xarici arbitrlər daimi hədəfə, yumruq torbasına və məsuliyyəti başqasının üzərinə atmaq üçün “günah keçisi”nə çevriliblər. Cəzasız qalan elanlar, zorakılıq, təhdidlər, şifahi və fiziki hücumlar. Bunlar futbolu zəhərli edən problemlərdən yalnız bir neçəsidir.

Nəticədə Yunanıstan çempionatının yüksək divizionunun hakimləri və köməkçiləri 14-cü turdan başlayaraq, təhlükəsizliyimiz üçün əlverişli şərait yaranana qədər heç bir oyunu idarə etməmək qərarına gəliblər. Bu qərarla biz özümüzü və ailəmizi qorumaq istəyirik”.

Yunanıstanda hakimlər tez-tez azarkeşlərin hücumlarına məruz qalır. Fanatlar onların ailə üzvlərinə, evlərinə, avtomobillərinə hücum edir. Məhz buna görə də məktub Mərkəzi Hakimlər Komitəsinə və Yunanıstanın Futbol Federasiyasına da göndərilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm