Region
İranla Rusiya arasında məxfi sövdələşmə - ABŞ-ın zərbələrindən sonra...
İran Rusiyayla müasir daşınan zenit-raket komplekslərinin alınması üzrə 500 milyon avro (589 milyon dollar) məbləğində gizli saziş imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə və nəşrin əlinə keçən sənədə istinadən yazıb.
Məlumata görə, dekabrda Moskvada imzalanmış sənəd ilə Rusiya üç il ərzində İran tərəfinə 500 ədəd "Verba" daşınan buraxılış qurğusu və 2 500 ədəd "9M336" raketi tədarük etməyi öhdəsinə götürüb. Tədarüklərin 2027-ci ildən 2029-cu ilə qədər üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.
FT qeyd edib ki, saziş Rusiyanın dövlət tədarükçüsü "Rosoboroneksport" ilə İran Silahlı Qüvvələrinin Müdafiə Nazirliyi və Maddi-Texniki Təminat İdarəsinin nümayəndəsi arasında bağlanıb.
Müqavilədən məlum olur ki, Tehran bu sistemləri rəsmi şəkildə ötən ilin iyulunda tələb edib. Qəzet xatırladıb ki, ötən ilin iyununda ABŞ qoşunları İranın üç əsas nüvə obyektinə zərbələr endirmişdi.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







.jpg)
































