İdman
"Neftçi"də 9 nömrəli forma ilə bağlı qərar
"Neftçi" əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.
Klubdan Publika.az-a verilən məlumata görə, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə istifadədən götürüləcək.
Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində "Neftçi"nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.
Qeyd olunub ki, bu addım 89 illik tarixi ərzində Azərbaycan futboluna mühüm töhfələr vermiş "Neftçi"nin şanlı keçmişinə və klubun formasını daşımış bütün futbolçulara hörmətin ifadəsidir.
-
Nəqliyyat21:00Bakıda bu küçələr 2 günlük bağlanır
-
İnanc19:40Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
-
Nida Xəbər 18:50Baş nazir qərar imzaladı: Bu ödənişlərlə bağlı...
-
İdman18:30“Nyukasl” – “Qarabağ”: Komandaların şansları açıqlandı
-
MDB17:07Zelenski etiraf etdi: Görün iki il harada yaşayıb
-
Nida Xəbər 16:42Azərbaycan bayraqları İrəvan divarlarında: Türkləşmək istəmirik - FOTO
-
Region15:12Tibbi sığorta sisteminin fiaskosu: Ermənistanda həkimlərin etirazı başladı
-
Nida Xəbər 14:40İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT









.jpg)








.jpg)

















