Region
İranın paytaxtında güclü partlayış - Enerji obyekti vuruldu
İranın paytaxtı Tehranın cənub-qərbində yerləşən peyk-şəhər Parandda güclü partlayışlar baş verib.
Publika.az xəbər verir ki, şahidlər yaşayış məhəllələri üzərində yüksələn qara tüstü sütunları və azı yeddi yanğın ocağı barədə məlumat veriblər.
Partlayış dalğası evlərin şüşələrini sındırıb, bir sıra rayonlarda elektrik enerjisinin verilişində kəsintilər yaranıb.
"Iran News Daily" nəşrinin ilkin məlumatına görə, üç nəfər yaralanıb. Paytaxtın yükünü azaltmaq üçün inşa edilən və hərbi və ya turistik mərkəz olmayan Parand şəhərində strateji obyektlər mövcud deyil. Yerli medianın məlumatına görə, hücumun hədəfi energetika infrastruktur obyektləri olub.
Hadisə beynəlxalq gərginliyin kəskinləşdiyi bir vaxtda baş verib.
Almaniyanın "Bild" tabloid nəşri daha əvvəl MKİ-nin (CIA) keçmiş agenti Con Kiriakunun ABŞ rəhbərliyinin fevralın 23-ü və ya 24-də, yəni bazar ertəsi və ya çərşənbə axşamı İrana hərbi zərbə endirmək qərarı barədə bəyanatını yayıb.
Kiriaku Ağ Evdəki mənbəsinə istinadla bildirib ki, administrasiya daxilində fikir ayrılıqları mövcuddur: dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset güc ssenarisinin tərəfdarı olduqları halda, vitse-prezident Cey Di Vens və milli kəşfiyyat direktoru Tulsi Qabbard təmkinli olmağa çağırırlar.
Hüseyn İbadlı
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







.jpg)































