Benzema tarixə düşdü
Bizi izləyin

İdman

Benzema tarixə düşdü

Klublararası dünya çempionatı 2023-cü il dekabrın 12-də start götürüb.

Publika.az xəbər verir ki, turnirin açılış oyununda “Əl-İttihad” klubu “Oklend Siti”ni 3:0 hesabı ilə məğlub edib. Səudiyyə Ərəbistanı təmsilçisinin qollarından birinin müəllifi Kərim Benzema olub.

"Opta"nın məlumatına görə, Benzema tarixə dörd klublararası dünya çempionatında qol vuran ilk futbolçu kimi düşüb.

Ümumilikdə Benzema altı turnirdə iştirak edib. Fransız forvard "Real Madrid"in heyətində 5 dəfə - 2014, 2016, 2017, 2018 və 2022-ci illərdə sözügedən yarışın qalibi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm