Ən yaxşı "pivəçi" yenə də o seçildi
Bizi izləyin

İdman

Ən yaxşı "pivəçi" yenə də o seçildi

Ən yaxşı "pivəçi" yenə də o seçildi

"Bayern" noyabrda komandanın ən yaxşı oyunçusu üçün keçirilən səsvermənin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, "pivəçilər"in ingilis hücumçusu Harri Keyn sorğuda qalib gəlib. Hücumçu səslərin yarıdan çoxunu toplayıb, Manuel Noyer və Leroy Saneni inamla qabaqlayıb.

Noyabrda Keyn Dortmund "Borussiya"sına qarşı het-trik də daxil olmaqla, 5 matçda 8 qol vurub. O, oktyabr ayında da sözügedən mükafata layiq görülüb.

Qeyd edək ki, Keyn yayda “Tottenhem”dən “Bayern”ə keçib. İngilis forvard bütün turnirlərdə 20 oyun keçirib, 22 qol vurub və 8 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm