İdman
Ançelotti narahatdır: Çempion olmaq üçün bu yola əl atacaq
"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçularını komanda ətrafında yaranan hakim qalmaqallarından qorumaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ançelotti hesab edir ki, "Real"ın İspaniya çempionatında növbəti 4 oyunu əsasdır, ona görə də komandanı hakimliklə bağlı lazımsız söhbətlərdən qorumaq vacibdir. Onun bununla bağlı müxtəlif planları var.
Ançelotti hesab edir ki, komanda İspaniya çempionatının "Las Palmas", "Xetafe", "Atletiko" və "Jirona" ilə qarşıdakı matçlarında qalib gəlsə, çempionluq şansını xeyli artıracaq.
Xatırladaq ki, bir müddət əvvəl “Barselona”nın baş məşqçisi Xavi “Real”la oyunlarda hakimlərin işindən narazı olduğunu bildirmişdi.
"Real" hazırda 51 xalla İspaniya çempionatının turnir cədvəlində ikincidir. Komanda lider "Jirona"dan bir xal geri qalır. Madrid komandasının ehtiyatda bir oyunu var.
Heybət
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































