İdman
"Qarabağ" üçün tarixi sınaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçına çıxacaq.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Azərbaycan futbolunun tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq. Təmsilçimiz Portuqaliyada “Braqa”nın qonağı olacaq.
Bu görüşə komandalar ciddi itkilərlə çıxacaq. Ağdam təmsilçisinin liderlərindən biri olan Kevin Medina ötən ilin sonlarında aldığı zədəni hələ də sağalda bilməyib. Onun bir həftə sonra Bakıda keçiriləcək cavab oyununda da iştirak etməyəcəyi dəqiqdir. Marko Veşoviç isə cəzalı olduğu üçün meydana çıxmayacaq.
Portuqaliya təmsilçisində isə ulduz futbolçu Bruma ilə yanaşı Adrian Marinin zədə səbəbindən bu görüşdə iştirak etməyəcəyi dəqiqdir. Fiziki problemlər yaşayan kapitan Rikardo Hortanın durumuna isə oyun saatında aydınlıq gələcək.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Matçın baş hakimi Danimarkadan olan Morten Kroq olacaq.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
UEFA Avropa Liqası: 1/8 final, ilk oyunlar
15 fevral
00:00 Braqa – Qarabağ
Baş hakim: Morten Kroq (Danimarka)
Braqa, “Estadio Municipal de Braga”
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: Tələsik addımlar atmayın!
-
Hadisə00:35Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK


































