Modriçin planı bəlli oldu: "Real"dan ayrıldıqdan sonra nə edəcək?
Bizi izləyin

İdman

Modriçin planı bəlli oldu: "Real"dan ayrıldıqdan sonra nə edəcək?

Modriçin planı bəlli oldu: "Real"dan ayrıldıqdan sonra nə edəcək?

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin karyerası ilə bağlı planları üzə çıxıb.

Publika.az xəbər verir ki, Madrid klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu "qalaktikos"un sıralarını tərk edəcək. Baş məşqçi Karlo Ançelotti 38 yaşlı futbolçuya məşqçilər korpusunda iş təklif etsə də, o, bununla razılaşmayıb.

Yeni klub axtarışın çıxan Luka yüksək səviyyəli çempionatlarda top qovmaq niyyətindədir. "Cadena SER"-in məlumatına görə, Modriç ən azından daha 2 il oynamağa davam etmək niyyətindədir. O, həmçinin Xorvatiya milli komandasında da çıxış etməyi hədəfləyir.

Əsas arzusu isə 2026-cı ildə Meksika, Kanada və ABŞ-da keçiriləcək dünya çempionatında çıxış etməkdir. Yalnız bundan sonra karyerasını başa vurmaq haqqında fikirləşəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm