Lunyov: Qurban Qurbanovun səsi batmışdı, heç nə eşitmədim
Bizi izləyin

İdman

Lunyov: Qurban Qurbanovun səsi batmışdı, heç nə eşitmədim

"İlk buraxdığım 2 qol məyus etdi. Çünki səfərdəki matçın üstünlüyünü əldən itirdik. Amma buna baxmayaraq, ruhdan düşmədik. Bizim möhkəm komandamız var. Həm fiziki, həm emosional cəhətdən. Ona görə öz gücümüzə inanırdıq. Tanrıya şükürlər olsun, istədiyimiz nəticə əldə edə bildik”

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qarşı cavab oyunundan (2:3, ilk oyun - 4:2) sonra jurnalistlərə açıqlamasında deyib.

“Qurban Qurbanov əlavə vaxta hazırlaşanda oyunçulara nə dedi” sualına belə cavab verib:

“Heç nə eşitmədim, çünki səsi artıq batmışdı. Mən isə bir az uzaqda idim. Ona görə bunu oyunçulardan soruşmaq lazımdır. Mən başa düşürdüm ki, 10 nəfərlə dözmək məcburiyyətindəyik. Amma bu futboldur. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq. Şükür ki, bu bizdə alındı”.

Qolkiper Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydanı tərk etməsinin oyuna təsirindən də danışıb:

“Bunun nə qədər təsir etdiyini demək çətindir. Azlıqda qalmazdan əvvəl hücumda yaxşı şanslarımız olurdu. Düşünürəm ki, onları reallaşdıra bilərdik. Bu vaxt daha da rahat olardıq. Təəssüf ki, belə hallar olur. Hansısa diqqətisizlikdən sonra meydanda ümumi vəziyyət dəyişə bilər. Yaxşı dözə bildik. Hamı yaxşı oynadı, çox sağ olsunlar”.

Komandasının ümumi hesabda rəqibini üstələyərək 1/8 finala adlamasından danışan A. Lunyov azarkeşlərə də təşəkkür edib:

“Azarkeşlərə dərin minnətdarlığımı bildirirəm ki, bu cür hava şəraitinə və vaxta baxmayaraq stadiona gəldilər. Onlar bizə dəstək oldular, biz isə bunu qalibiyyətlə ödədik. Düşünürəm ki, hamı xoşbəxtdir. Sadəcə azarkeşlərin və komandanın birliyinin vacibliyini qeyd edə bilərəm. Azarkeşlərdən xahiş etmək istəyirəm ki, imkan varsa, yerli oyunlara da gəlsinlər. Bu, möhtəşəm olardı. Heç olmasa, bugünkü sayın yarısı olsa, gözəl olar”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm