İdman
Ronaldo ərəblərin səbr kasasını daşırdı: Bu dəfə cəzasız qalmayacaq

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo cəzalandırıla bilər.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun “Əl-Şəbab”la matçından sonra rəqib azarkeşlərə nalayiq jest edən portuqaliyalı futbolçu ilə bağlı araşdırmaya başlayıb. Bu barədə yerli “Asharq al-Awsat” qəzeti məlumat yayıb.
Bu, Səudiyyə Ərəbistanında Ronaldo ilə bağlı ilk belə hadisə deyil. Daha əvvəl o, 2 dəfə “Əl-Hilal” azarkeşlərinə qarşı nalayiq hərəkət edib. Əvvəlcə apreldə 0:2 hesabı ilə uduzduqları oyundan sonra meydanı tərk edərkən azarkeşlərə qarşı qeyri-etik jestlə yadda qalıb. Son dəfə isə bu ayın əvvəlində Kristiano tribunadan ona atılan "Əl-Hilal" şərfini şortunun içinə salıb və sonra tribunaya geri atıb. Bu, “Əl-Nəsr”in “Əl-Hilal”la yoldaşlıq görüşündəki məğlubiyyətindən (0:2) sonra baş verib. O, hər iki halda cəzasız qalıb.
Bütün bu hadisələrdən sonra SAFF ulduz futbolçunun nalayiq hərəkətlərinə son qoymaq üçün onu cəzalandırmaq qərarına gəlib.
Heybət

-
Hadisə20:40
Cəlilabadda baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO
-
İdman15:50
"Siti"nin ulduzunun cazibədar həyat yoldaşı - FOTOLAR
-
Sosial15:37
Əhaliyə xəbərdarlıq: İyulun 16-19-da...