İdman
12 illik macəra bitir?
Dortmund “Borussiya”sının hücumameyilli yarımmüdafiəçisi Marko Roys cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna məlumat yayıb.
Roys və “Borussiya” rəhbərliyi yeni müqavilə ilə bağlı danışıqlar aparmağı planlaşdırmır. Hazırkı sözləşmənin müddəti isə 2024-cü ilin iyun ayına qədərdir.
Mənbə qeyd edir ki, 34 yaşlı Roys karyerasını Dortmuna keçməmişdən əvvəl oynadığı “Borussiya Mönhenqladbax” da və ya MLS klublarından birində davam etdirə bilər.
Kapitan 2012-ci ildən Dortmund klubunda çıxış edir. Bu mövsüm Almaniya çempionatında 18 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO


























