İdman
"Liverpul" "Tottenhem"i məğlub etdi
"Liverpul" İngiltərə Premyer Liqasının XVII turunda səfərdə "Tottenhem"i məğlub edib.
Publika.az xəbər verir ki, Londondakı "Tottenhem Hotspur" stadionunda keçirilən oyun 2-1 hesabı ilə mersisaydlıların xeyrinə başa çatıb.
Oyunu Con Bruksun rəhbərliyi ilə hakimlər briqadası idarə edib.
33-cü dəqiqədə londonluların yarımmüdafiəçisi Xavi Simons meydandan qovulub. 57-ci dəqiqədə Aleksander İsak hesabı açaraq qonaqlara üstünlük qazandırıb. İsveçli qol zamanı zədələnib və onun yerinə Brennan Conson çıxıb.
66-cı dəqiqədə Uqo Ekitike "Liverpul"un hesabdakı üstünlüyünü ikiqat artırıb. Rişarlison 83-cü dəqiqədə qolların birinin əvəzini çıxıb. 90+4-cü dəqiqədə Kristian Romero ikinci sarı vərəqə alıb.
Bu oyundan sonra "mahmızlar" Premyer Liqada 22 xalla 13-cü, "qırmızılar" isə 29 xalla beşinci yerdədir.
-
Region17:11Etirazçılar daha bir məscidi yandırdılar
-
Magazin216:1067 yaşlı Madonna alt paltarında poza verdi - FOTO
-
Region15:20SEPAH generalının oğlu öldürüldü
-
İdman15:00Ronaldonun qızına qayğısı trend oldu - VİDEO
-
Region13:51Etirazçılar məscidi yandırdılar
-
Magazin213:41Məşhur aktrisa dekoltesi ilə gündəm oldu - FOTO
-
MDB13:30Dəm qazı faciəsi: Ailənin dörd üzvü öldü - 2-si uşaqdır
-
Sosial11:40Azərbaycanda balıq da kəskin bahalaşacaq: Xəzərin durumu bazarı silkələyir





































