İdman
Dünyanın ən yaxşı idmançısı kim seçiləcək?
Futbolçu Lionel Messi, tennisçi Novak Cokoviç və “Formula 1” üzrə dünya çempionu Maks Verstappen “Laureus World Sports Academy” tərəfindən 2023-cü ilin ən yaxşı idmançısı mükafatına namizədlər arasındadır.
Publika.az xəbər verir ki, həmçinin, isveçli dirəklə tullanma üzrə idmançı Armand Duplantis, amerikalı qaçışçı Noa Layls və “Mançester Siti”nin norveçli hücumçusu Erlin Haaland da namizəd arasında yer alıblar. Ancaq digər üçlükdən fərqli olaraq favorit hesab edilimirlər.
Qadınlar arasında isə “Barselona”nın futbolçusu Aitana Bonmati, dünyanın bir nömrəli tennisçisii İqa Sviatek, dağ xizəkçisi Mikaela Şiffrin, qaçışçılar Şerika Cekson, Faith Kipyeqon və Şa’Karri Riçardson mükafat uğrunda mübarizə aparır.
Nominasiyada yer alan komandalar arasında kişilərdən ibarət Avropa qolf komandası, Almaniyanın kişi basketbol komandası, Mançester Siti, “Formula 1” üzrə “Red Bull”, Cənubi Afrikanın reqbi komandası və İspaniyanın qadın futbol komandası var.
Mükafatlandırma mərasimi aprelin 22-də baş tutacaq.
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO

























