Alveşə azadlığa çıxmaq üçün kim yardım edib?
Bizi izləyin

İdman

Alveşə azadlığa çıxmaq üçün kim yardım edib?

“Atletiko”nun hücumçusu Memfis Depayın agenti müştərisinin “Barselona”nın sabiq müdafiəçisi Dani Alveşin həbsdən müvəqqəti azadlığa buraxılması üçün girov ödəməklə maddi yardım etməsi ilə bağlı yayılan məlumatı şərh edib.

Publika.az xəbər verir ki, "Goal"a danışan agent informasiyanı təkzib edib: "Bu, saxta xəbərdir, tamamilə yalandır".

Keçən həftə məhkəmə Alveşi hökmdən verilən apellyasiya şikayəti üzrə qərara qədər azadlığa buraxmağa razılıq verib və 1 milyon avroluq girov təyin edib. Pulu Neymarın atasının təmin edəcəyi də bildirilirdi. Lakin son anda o, bundan imtina edib. Əvəzində bir həmkarının Dani Alveşə kömək etdiyi bildirilir.

Xatırladaq ki, məhkəmə Alveşi 2022-ci ilin dekabrında gənc qıza təcavüz etdiyinə görə 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm