İdman
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu - FOTO
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) Publika.az-a verilən məlumata görə, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin birgə təşkil etdiyi turnirin açılış mərasimi Şuşa hotelində olub.
Əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov tədbir barədə fikirlərini bölüşüb.

Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib. Ardınca AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb. O, Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd edib.
Əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələdə baş tutan Vüqar Həşimov Memorialının tarixi anlarını əks etdirən video göstərilib. Bundan sonra isə söz Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verilib. Qasım Həşimov ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Açılış mərasiminin sonunda Vüqar Həşimov Memorialının baş hakimi Rauf Hacılı şahmatçılara qaydalar barədə məlumat verib. Sonra püşk mərasimi təşkil olunub. Şahmatçılar xüsusi saatları seçərək sıra nömrələrini müəyyənləşdirib.
Rapid yarışında 1-ci turda rəmzi olaraq ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov, AŞF rəhbəri Mahir Məmmədov, ikiqat Paraolimpiya oyunlarının qalibi, dəfələrlə dünya və Avropa çempionu İlham Zəkiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev edib.
Qeyd edək ki, Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Turnirdə, eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Yarışın qalibi rapid və blits üzrə oyunların nəticələrinin cəminə əsasən müəyyənləşəcək.
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı






































