Finalda het-trik etdi, adını tarixə yazdı
Bizi izləyin

İdman

Finalda het-trik etdi, adını tarixə yazdı

Avropa Liqasının "Bayer" ilə final matçına damğasını vuran "Atalanta"nın futbolçusu Ademola Lukman tarixə düşüb.

Publika.az xəbər verir ki, İtaliya təmsilçisinin 3 cavabsız qolla qalib gəldiyi matçda hər üç qolu o vurub. Bununla nigeriyalı forvard 49 ildən sonra Avropa Liqasının (əvvəlki adı UEFA Kuboku) finalında het-trik edən ilk oyunçu olub.

Sonuncu dəfə 1975-ci ildə UEFA Kubokunun finalının cavab oyununda Yupp Haynkes "Borussiya Mönhenqladbax"ın heyətində "Tvente"yə qarşı görüşdə üç dəfə fərqlənməyi bacarmışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm