Ronaldo ilə şəkil çəkdirən uşağın atası DANIŞDI: "Mənə tualetə gedirəm dedi, sonra..."
Bizi izləyin

İdman

Ronaldo ilə şəkil çəkdirən uşağın atası DANIŞDI: "Mənə tualetə gedirəm dedi, sonra..."

AÇ-2024-ün qrup mərhələsində keçirilən Portuqaliya - Türkiyə (3:0) oyununda meydana çıxaraq Kriştianu Ronaldo ilə şəkil çəkdirən uşağın kimliyi bilinib.

Publika.az xəbər verir ki, onun türkiyəli Berat Uluğ olduğu üzə çıxıb.

Beratın Almaniyanın "Hessen Kassel" klubunun 11 yaşlılardan ibarət komandasında çıxış etdiyi məlum olub.

Azyaşlı azarkeşin atası Çetin Uluğ baş verənlərdən təəccübləndiyini bildirib. Atanın sözlərinə görə, Berat meydana girmək üçün ona yalan danışıb.

"Mənə tualetə gedirəm dedi. Sonra ehtiyat oyunçular skamyasının üzərindən stadiona tullandığını və qaçmağa başladığını gördüm".

Berat Uluğ isə "xəyallarımı reallaşdırdım. Ronaldu ilə fotom var və onu bir formaya həkk etdirib otağımda asacağam", - deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm