Xavinin "Barselona"dakı taleyinə aydınlıq gəldi
Bizi izləyin

İdman

Xavinin "Barselona"dakı taleyinə aydınlıq gəldi

Xavi İspaniya çempionatının son turunun "Sevilya" ilə oyunundan sonra "Barselona"nın baş məşqçi postunu tərk edəcək.

Publika.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi artıq yeni baş məşqçinin namizədliyi ilə bağlı rəsmi qərar verib. Xavinin qovulmasından sonra komandanın başına Hans-Diter Flik gətiriləcək.

Artıq “Barsa” rəhbərliyi alman mütəxəssisə komandanın növbəti məşqçisi olacağı barədə məlumat verib.

“Barselona” Xavinin klubun maliyyə vəziyyəti ilə bağlı açıqlamalarına görə onunla əməkdaşlığa son qoymaq qərarına gəlib.

Qeyd edək ki, "Sevilya" - "Barselona" matçı mayın 26-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm