İki ildir ayağında şüşə qəlpəsi ilə oynayırmış - FOTO
Bizi izləyin

İdman

İki ildir ayağında şüşə qəlpəsi ilə oynayırmış - FOTO

"Atletik"in baş məşqçisi Ernesto Valverde komandanın hücumçusu İnyaki Uilyams haqda maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, futbolçunun son 2 ildə ayağınıda 2 santimetrlik şüşə parçası ilə oynadığını bildirib:

“O, mənə hekayəni danışmağa icazə verdi. Apreldə Kral Kubokunun finalından sonra MRT-dən keçdi və ayağının altında şüşə parçası var idi. Yaranı tikəndə içəridə 2 santimetr şüşə qalmışdı, sümüyə və vətərə yaxın idi. Həkimlə mən inanmadığımız üçün buna gülmüşdük”.

29 yaşlı forvardın özü də sosial şəbəkələrdə şüşə qəlpəsini nümayiş etdirib.

Qeyd edək ki, futbolçu iki il əvvəl məzuniyyətdə olarkən şüşəyə basdığı üçün sol ayağından dərin yara alıb. Bir neçə ay ərzində İnyaki narahatlıq hiss edib. Bu yaxınlarda aparılan əməliyyat nəticəsində həmim parça çıxarılıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm