Premyer Liqa klubunun tanınmış futbolçusunu 10 illik cəza gözləyir: Görün nə edib
Bizi izləyin

İdman

Premyer Liqa klubunun tanınmış futbolçusunu 10 illik cəza gözləyir: Görün nə edib

"Vest Hem"in və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa 10 ilədək futboldan uzaqlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Yarımmüdafiəçi İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 4 oyuna mərc etməkdə ittiham edilir. FA hesab edir ki, braziliyalı futbolçu qəsdən hakimdən kart almağa çalışıb ki, bir və ya bir neçə şəxs mərclərdən qazanc əldə edə bilsin.

İstintaq Paketanın keçən ilin avqustda "Bornmut"la (1:1) oyun zamanı aldığı sarı vərəqə ilə bağlı şübhəli mərcdən sonra araşdırmaya başlayıb.

26 yaşlı futbolçu Premyer Liqada "Lester" (12 noyabr 2022), "Aston Villa" (12 mart 2023), "Lids" (21 may 2023) və "Bornmut" (12 avqust 2023) klublarına qarşı keçirilən matçlarda mərc qaydalarını pozmaqda ittiham olunur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm