Flik "Barselona"da nə qədər maaş alacaq?
Bizi izləyin

İdman

Flik "Barselona"da nə qədər maaş alacaq?

"Bayern"iın və Almaniya yığmasının sabiq baş məşqçisi Hans-Diter Flik yeni mövsümdə "Barselona"ya rəhbərlik edəcək.

Publika.az "Diario Sport"a istinadən xəbər verir ki, alman mütəxəssisin yeni komandasındakı qazancı da müəyyənləşib. O, Xavinin illik məvacibindən 30% az maaşa razılaşıb. Flik kataloniyalıların maliyyə problemlərinə görə rəhbərliyə çətinlik yaratmamaq qərarına gəlib.

Flikin kataloniyalılarla 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Xavinin "Barselona"dakı maaşı təqribən 7,8 milyon avro olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm