Millimizin sabiq üzvü oğlunun İtaliya nəhəngindən ayrılmasını istəyir: Belə olmaz
Bizi izləyin

İdman

Millimizin sabiq üzvü oğlunun İtaliya nəhəngindən ayrılmasını istəyir: Belə olmaz

“Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun gələcək karyerası haqda danışıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü oğlunun İtaliya klubundan ayrılmasını istədiyini bildirib:

“Düzünü desəm, mən hələ Xviça ilə bu mövzunu müzakirə etməmişəm. Amma artıq gənc deyil, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək. Şəxsən mən onun “Napoli”də qalmasını istəmirəm. Keçən il 3 məşqçi dəyişdilər. Belə vəziyyətdə oynamaq həmişə çətindir. Mən və agenti Mamuka Cuqeli ən yaxşı həll yolunu məsləhət görəcəyik və sonda özü qərar verəcək”.

Qeyd edək ki, 23 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Ötən mövsüm o, 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm