İngilis ulduz Slovakiya millisinin məşqçisini təhqir etdi
Bizi izləyin

İdman

İngilis ulduz Slovakiya millisinin məşqçisini təhqir etdi

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzonanı təhqir edib.

Publika.az Böyük Britaniya mediasına istinadən xəbər ki, Rays final fitindən sonra mütəxəssisə “keçəl ..... (qadın cinsiyyət orqanını bildirən ədəbsiz söz)” ifadəsi ilə müraciət edib. Bu, oyundan sonra yaşanan gərginlik zamanı baş verib.

“Arsenal”ın yarımmüdafiəçisi Slovakiya millisinin baş məşqçisi ilə mübahisə edib. Rays ümumi mübahisəyə qarışan zaman Kalzona ondan hakimlərə şikayət edib. Bundan sonra Deklan onu təhqir edib. Məşqçi futbolçunu itələməklə cavab verib.

Futbolçular və məşqçilər korpusunun üzvləri Raysı hadisə yerindən uzaqlaşdırmaqla münaqişəni yatıra biliblər.

Qeyd edək ki, İngiltərə millisi Slovakiyanı əlavə hissələrdə məğlub edib - 2:1.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm