Dünyanın ən yaşlı futbolçusu özünə yeni klub tapdı
Bizi izləyin

İdman

Dünyanın ən yaşlı futbolçusu özünə yeni klub tapdı

Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura zamana meydan oxumaqda davam edir.

Publika.az xəbər verir ki, 57 yaşlı yapon hücumçu “Atletiko Suzuka” ila anlaşıb. O, 40 ildən çoxdur davam edən karyerasını Braziliyada davam etdirəcək. Yaponiyalının komandası Braziliyanın Sao Paulo əyalətində yerləşən Jau şəhərində yaşayan yapon Hiroşi Saito tərəfindən yaradılıb.

Kazu son müsahibəsində 60 yaşına qədər oynamaq niyyətində olduğunu bildirib. Onun son klubu Portuqaliya təmsilçisi “Oliveirenşe” olub.

Ötəm mövsüm o, Portuqaliya klubunun heyətində 5 dəfə meydana çıxıb. Son matçını mayın 19-da “Leyşeş”ə qarşı keçirib və 26 dəqiqə oynayıb.

Kazu ötən əsrin 80-ci illərdə 15 yaşında Braziliyaya yollanıb və karyerasına bu ölkədə başlayıb, “Santos”, “Palmeyras”, “Koritiba” və digər komandalarda çıxış edib. Futbolçu növbəti 10 ilin çox hissəsini vətənində, “Tokio Verdi”də oynayıb.

Avropadakı qısa macəradan sonra hücumçu 2005-ci ildə “Yokohama”ya keçib və burada bir neçə rekord qırıb. Onların arasında 2017-ci ildə peşəkar səviyyədə çıxış edən ən yaşlı futbolçu olması da var.

Ümumilikdə o, peşəkar futbolçu kimi 40-a yaxın mövsüm keçirib. 1990-cı illərdə Yaponiya millisinin daimi üzvü olmasına baxmayaraq, Kazu heç vaxt Dünya Kubokunda iştirak etməyib, 1994 və 1998-ci illərdəki mundiallara aparılmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm