Braziliya millisində ciddi itki: Uruqvaya qarşı oynamayacaq
Bizi izləyin

İdman

Braziliya millisində ciddi itki: Uruqvaya qarşı oynamayacaq

Amerika Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanan Braziliya millisi ciddi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, "sambaçılar" Uruqvay ilə baş tutacaq matçda Vinisius Juniorun xidmətindən yararlana bilməyəcəklər. Buna səbəb onun qrup mərhələsinin son turunun Kolumbiya ilə görüşündə sarı vərəqə ilə cəzalanması olub. Matçın 7-ci dəqiqəsində 23 yaşlı vinger qeyri-idman hərəkətinə görə rəsmi xəbərdarlıq alıb.

Bu vərəqə hücumçunun turnirdə ikinci "sarı"sı olub. Buna görə də Vinisius 1/4 finalda oynamayacaq.

Qeyd edək ki, Uruqvay - Braziliya matçı iyul 7-də saat 05:00-də keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm