Braziliyalı yarımmüdafiəçi “Turan Tovuz”da
Bizi izləyin

İdman

Braziliyalı yarımmüdafiəçi “Turan Tovuz”da

“Turan Tovuz” klubu braziliyalı futbolçu Kristian da Silvanı transfer edib.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı oyunçu ilə 1+1 illik müqavilə bağlanıb.

Son olaraq “Sabah”ın şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm